COP29

“Sevgilimlə birlikdə Azərbaycana gəlməkdən qətiyyən peşman deyiləm”

12 Noyabr 23:00 Kəpəz 5 578
“Sevgilimlə birlikdə Azərbaycana gəlməkdən qətiyyən peşman deyiləm”

“Kəpəz”in qapıçısı Rojerio Santos Azərbaycanda yaşamaqdan məmnundur.

Karyerası ərzində ilk dəfə legioner həyatı yaşayan portuqaliyalı qapıçı Gəncə təmsilçisindən təklif alanda bir qədər düşünüb.

Dərhal burada oynayan tanışları ilə əlaqə saxlayaraq onların təəssüratlarını öyrənib.

Eşitdiklərindən sonra yeni macəraya razılıq verib.

Rojerio Sportinfo.az-a açıqlamasında iki nəfərin adını çəkib:

“Hazırda “Kəpəz”də komanda yoldaşım olan Luis Paçu ilə Portuqaliyanın “Trofense” komandasında bir yerdə oynamışıq. “Zirə”nin qapıçısı Tyaqo Silva ilə də rəqib qismində bir-birimizə qarşı çıxış etmişik deyə, tanışıq.

Hər ikisini yaxından tanıdığım üçün onların məsləhətinə ehtiyac duydum. Mənə dedikləri bu oldu ki, çox yaxşı ölkədir, çempionatın səviyyəsi yüksəkdir, şansın varsa, gəl.

Verdiyim qərara görə qətiyyən peşman deyiləm. Sevgilimlə birlikdə burada olmaqdan məmnunuq”.

25 yaşlı qapıçı hazırda Premyer Liqada “çərçivə” qoruyanların arasında ən yaxşılardan hesab olunur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!