COP29

Bölgə klubunda 4500 manatlıq PROBLEM

12 Noyabr 17:20 Kəpəz 979
Bölgə klubunda 4500 manatlıq PROBLEM

Azər Bağırovun gəlişindən sonra əsas komandada yerini itirən legionerlərdən biri də Redon Mihana oldu.

Albaniyalı yarımmüdafiəçi artıq 1 aydı əvəzedici komandada məşqlərə qoşulur, rəsmi oyunlarda meydana çıxır.

Klubun dəfələrlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etmək təklifinə isə 25 yaşlı əcnəbi yox cavabı verib.

Görünür, orta sahə oyunçusu durumundan o qədər də narahat deyil.

Amma onun getməmək barədə qəti qərarı baş məşqçini heç cür məmnun etmir.

Bu gün Bağırovun əlinin altında yetərli heyət yoxdur.

Məhdud büdcə isə yeni transferlərin yolunu bağlayır.

Əvəzində bir qəpiklik faydası olmayan Mihanna kimisi ikinci komandada gününü keçirib, yaxşı da maaşını alır.

Söhbət 4500 manatlıq məbləğdən gedir.

Halbuki bu pula heyətə kifayət qədər bacarıqlı yeni futbolçu transfer etmək olar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!