COP29

Biznesmen Premyer Liqa klubuna iri məbləğdə pul bağışladı!

11 Noyabr 14:00 Kəpəz 4 625
Biznesmen Premyer Liqa klubuna iri məbləğdə pul bağışladı!

«Kəpəz» yeni maliyyə dəstəyi alıb.

Gəncədən olan iş adamlarından biri kluba vəsait ayırıb.

Həmin məbləğ 100 min manat təşkil edir. O, ödəməni nəqd şəkildə həyata keçirib.

Bundan qabaq SOCAR «sarı-göylər»ə 500 min manatlıq yardım paketi ayırıb.

Həm AFFA-nın, həm də adıçəkilən neft şirkətinin prezidenti olan Rövşən Nəcəf «Kəpəz»in çempionatda çıxışını yarımçıq dayandırmasından ehtiyatlanıb.

Çünki Gəncə klubundan ona bununla əlaqəli müraciət daxil olub.

«Sarı-göylər» məktubda bildirib ki, maliyyə cəhətdən ciddi problem yaşayırlar, dövlət tərəfindən ayrılan 3 milyon manat mövcud xərclərin qarşılanmasına yetmir.

Premyer Liqanın sponsorsuz fəaliyyət göstərən yeganə klubu olduqlarını bildirən «Kəpəz» mənsubları əlavə dəstək almayacaqları təqdirdə, əsas komandanın normal fəaliyyətini təmin edə bilməyəcəklərini vurğulayıb.

R.Nəsəf bu hala biganə qalmayıb. SOCAR-dan artıq ilk tranş həyata keçirilib: 250 min manat «Kəpəz»in büdcəsinə köçürülüb.

200 min manat isə yeni ilin əvvəlində transfer ediləcək. Ümumi məbləğ vergiyə cəlb olunduğundan, yerdə qalan 50 min manat bunun üçün tutulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!