Azərbaycan Premyer Liqasında “Neftçi”yə və “Səbail”ə qalib gəlib bu komandalarda baş məşqçi istefasına səbəb olan “Kəpəz” maraqlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, klubun rəsmi səhifəsindəki posterdə həmin oyunlardan sonra vəzifəsindən ayrılan “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk və “Səbail”in keçmiş baş məşqçisi Şahin Diniyevin şəkli öz əksini tapıb.
Paylaşımın açıqlama hissəsinə isə “göndəriş vərəqəsi” sözləri yazılıb.
“Kəpəz” Azərbaycan çempionatının 9-cu turunda “Neftçi”ni 4:3 hesabı ilə məğlub etdikdən sonra“ağ-qaralar”ın məşqçisi Roman Qriqorçuk uğursuz nəticələrə görə postundan göndərilib.
12-ci turda isə Gəncə təmsilçisi “Səbail”i doğma meydanda 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra “dənizçilər”in çalışdırıcısı Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Bu məqamda “Kəpəz”in məğlubiyyətlərdən sonra məşqçiləri göndərilən klublara aid paylaşdığı posteri təqdim edirik: