"Kəpəz" Azər Bağırovun gəlişindən sonra ikinci qələbəni aktivinə yazdıra bildi.
Premyer Liqanın 12-ci turunda "Səbail"i qəbul edən Qərb təmsilçisinin üzü son saniyələrdə güldü.
Belə ki, qarşılaşmaya artırılmış 5 dəqiqənin sonuncusunda Camal Cəfərovun fərqlənməsi meydan sahiblərinə hava-su kimi vacib 3 xal qazandırdı.
Vurulan qola Bağırovun qeyri-adi reaksiyası da diqqətdən qaçmadı.
O, sevincini kiməsə öpüş göndərərək qeyd etdi.
Həmin şəxsin kimliyini dəqiqləşdirə bilmişik.
Bu, nə klub rəhbərliyindəndir, nə də çalışdırıcının şəxsi tanışlarından.
O, klubun sadiq fanatlarından biridir. Və fiziki qüsurlu şəxs danışa bilmir.
Amma ürəyilə hər oyunda Bağırov və kollektivin yanındadır.
Baş məşqçi də onun sədaqətini bu cür qiymətləndirib.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN