COP29

“Kəpəz” ən vacib anlarda toparlana, xarakter göstərə bilir"

5 Noyabr 01:00 Kəpəz 373
“Kəpəz” ən vacib anlarda toparlana, xarakter göstərə bilir"

Sportinfo.az “Kəpəz”in belaruslu kapitanı Yeqor Xvalkonun müsahibəsini təqdim edir:

- “Səbail” üzərində çətin və vacib qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Bizim üçün hər şey yaxşı bitdi. Düzdür, elə də baxımlı oyun deyildi. Qol epizodları da çox olmadı. Bərabərsəviyyəli görüş idi. İlk hissədə biz küləyə qarşı oynadıq, ikincidə rəqib. Bu məqam da bir qədər işimizi çətinləşdirirdi. Hər iki tərəf əsasən uzun ötürmələrdən istifadə edirdi. Biz də buna hazırlaşmışdıq. Əsas odur ki, qələbə qolunu vura bildik.

- Sona qədər qələbəyə inamınız var idi?

- İnanırdıq. Həm də ötən tur sonda biz qapımızda qol görmüşdük. Bu dəfə isə fərqlənən tərəf olduq. Hər şey bizim üçün yaxşı bitdi.

- İlk dövrədə “Səbail”ə 0:4 hesabı ilə uduzmuşdunuz, bu dəfə isə qələbə qazandınız. Geridə qalan müddətdə “Kəpəz”də nə dəyişib?

- Heyətimiz dəyişib. İştirak ərizəsində bu dəfə həmin matçla müqayisədə 7-8 nəfər yeni futbolçu var idi. Hazırda ehtiyat qüvvəmiz də mövcuddur. İlk dövrədəki görüşdə ehtiyatda yer alanlar əsasən cavanlar idi. Baş məşqçi dəyişikliyindən sonra 6 yeni transfer reallaşdırıldı. İndi komandamızda bir qədər rəqabət yaranıb.

- Bu qələbə növbəti matçlar üçün “Kəpəz”ə stimul olacaq?

- Məncə, bu qələbə bizim üçün təkan olacaq. 3-cü ildir ki, burdayam. Deyə bilərəm ki, “Kəpəz” ən vacib anlarda toparlana, xarakter göstərə bilir.

- Növbəti turda səfərdə “Sabah”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Yaxşı oyun olacaq. Ümumiyyətlə, “Sabah”la qarşılaşmalarımız həmişə gərgin və maraqlı keçir. Bu dəfə də istisna olmayacağını düşünürəm.

- Çempionatın startından sonra çoxları “Kəpəz”i hesabdan silmişdi və komandanın Premyer Liqa ilə vidalaşacağı deyilirdi. Bu cür fikirlər komandaya necə təsir edir?

- Heç cür təsi etmir. Onsuz da son illər “Kəpəz” həmişə autsayder hesab olunur. Deməzdim ki, bu fikir ədalətsizdir. Çünki mövsümün əvvəlində heyətimiz çox zəif idi. Stabil heyət yox idi. Hər oyunda orta hesabla 3 qol buraxırdıq. Lakin indi inkişaf göz önündədir. 3 ildir ki, ilk dövrədən sonra bizdə yüksəliş başlayır. Daha güclü komanda oluruq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...