COP29

Həzz dəqiqələri… BEŞ

19 Oktyabr 23:20 Kəpəz 139
Həzz dəqiqələri… BEŞ

«Neftçi»yə 4 qol vuran komandanın eyni məkanda «Qarabağ»dan 5 top buraxması…

Düzü, «Kəpəz»in liderə məğlubiyyətini gözləyirdim.

Amma həm yaxşı oynayıb, həm də daha açıq fərqlə uduzması gözlənilməz oldu mənim üçün.

Tovuz stadionunun tablosunu alabəzək edən «qol yağışı» təcrübə ilə səhlənkarlığın qarşıdurmasından əmələ gələn mənzərədir.

«Kəpəz» uduzmaq üçün meydana çıxmamışdı. Heyətdəki müəyyən itkilərə rəğmən, görsənirdi ki, Azər Bağırov bəxtini sınamaqdan ötrü hər riskə gedib, hazırdır.

Fasiləyə kimi canfəşanlıq göstərdilər, top saxladılar, 3-4 ardıcıl ötürmə etdilər, elliklə qapının ağzına doluşmadılar. İlk 45 dəqiqə komandanın fiziki cəhətdən nisbətən artırmasının da nümayişi oldu.

İkinci yarının əvvəlində Luis Paçunun qapıçrıdığı o qol epizoduyla birgə «Kəpəz» də batdı. Lap Aşqabad batan kimi.

Yeqor Xvalkonun yeri göründü. Belaruslu kapitanın yoxluğunda İlkin Qırtımovu məcburiyyətdən mərkəzinə çəkən baş məşqçinin oyuna başqa müdaxilə imkanı olmadı.

Ehtiyat skamyanın boyu qısa olandan sonra nə edəsən: daha müqavimət göstərə bilmirsənsə, otur səhnədən, olanlardan həzz al.

Bu, hər dəfə belə olmayacaq. Əksini də görəcəyik.

Məncə, Azər Bağırov fikrindən vaz keçməməlidir yenə. Bu oyun tərzi «Kəpəz»i qaldığı yerdən tərpədəcək, irəli aparacaq.

Nə olsun, «Qarabağ»dır bu, heç bir rəqibdən çəkinmək lazım deyil. Sən öz oyununu tapmısansa, oyna, nəticə də gələcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Həzz dəqiqələri… BEŞ
19 Oktyabr 18:50 Çək və bizə göndər!
19 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 10:40 Bayılda səslənən SOS!
19 Oktyabr 08:20 Kimlər iş başına keçir?
19 Oktyabr 03:50 "Neftçi" pis başladı
19 Oktyabr 01:00 Azərbaycanda hesab - 9:0