COP29

"Qarabağ" qola acıyanda, görün, neyləyir! - VİDEO

00:30 Kəpəz 104
"Qarabağ" qola acıyanda, görün, neyləyir! - VİDEO

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"i böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

“Kəpəz” - “Qarabağ” 0:5
Qollar:
Emmanuel Addai, 17; Aleksey İsayev, 51; Leandro Andrade, 52; Toral Bayramov, 67; Aleksey Kaşuk, 78
Tovuz şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqə: Julio Romao, 20 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə yoxdur.

“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 11. Orxan Əliyev (19. Lassana Ndiaye, 58) 12. Turan Manafov 70. Nicat Süleymanov (21. Camal Cəfərov, 58) 5. Rauf Hüseynli 26. Valdemar Almeyda (10. Karim Lkouça, 80) 9. Luis Paçu (99. Əli Səmədov, 80) 29. Dioqo Verdaska 3. Mahamadu Ba 77. Viktor Braqa (7. Ehtiram Şahverdiyev, 58)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 80. Tural Rzayev 6. Nemət Musayev 17. Ümid Səmədov

Baş məşqçi: Azər Bağırov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 24. Aleksey İsayev (8. Marko Yankoviç, 77) 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 10. Abdullah Zubir (k) (21. Aleksey Kaşuk, 70) 81. Kevin Medina 18. Olavio Juninyo (22. Musa Qurbanlı, 77) 6. Julio Romao (66. Patrik Andrade, 46) 15. Leandro Andrade (7. Yassin Benzia, 77) 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 55. Bədavi Hüseynov 44. Elvin Cəfərquliyev 90. Nəriman Axundzadə 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?