COP29

Onu Türkiyədən Azərbaycana futbolçu dostu gətirib?

16:40 Kəpəz 310
Onu Türkiyədən Azərbaycana futbolçu dostu gətirib?

“Kəpəz”in yeni transferi Mahamadu Ba ilk oyunda bacarığını ortaya qoymağı bacardı.

9-cu turda “Neftçi”ylə görüşdə əsas heyətdə yer alan yarımmüdafiəçi vurduğu baxımlı qolla azarkeşlərin alqışını qazandı.

2 il əvvəl Türkiyə Super Liqasında çıxış edən malili futbolçunun Premyer Liqamızın autsayderinə təşrif buyurması boşuna deyil.

Deyilənə görə, onu bura “Kəpəz”dəki həmyerlisi Lassana Ndiaye çağırıb. Azərbaycanda rahat olduğunu deyib, peşman olmayacağını bildirib. Üstəlik, dostunun xidmətini Azər Bağırova təklif edib.

Ba Sportinfo.az-a açıqlamasında bu mövzuyla bağlı danışıb:

“Açığı, belə bir şeyin olmasından xəbərsizəm. Bəli, Lassana da Malidəndir, yaxşı münasibətimiz var.

Bəlkə də baş məşqçiyə haqqımda nələrsə deyib, dəqiq bilmirəm.

Ancaq “Kəpəz”dən təklif almağımın səbəbkarı menecerimdir. Məhz onunla danışıq aparılandan sonra bu barədə məlumat aldım.

Menecerim deyənə qədər Lassana ilə əlaqəm olmamışdı”.

Ba Türkiyədə top qovduğu illərdə “Ərzurumspor”, “Bandırmaspor”, “Menemen”, “İstanbulspor”, “Beykoz Anadoluspor” kimi komandaların şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti