COP29

“Qarabağ”dakıların gərək bundan MƏLUMATI OLSUN!

17 Oktyabr 21:20 Kəpəz 386
“Qarabağ”dakıların gərək bundan MƏLUMATI OLSUN!

Premyer Liqanın 9-cu turunda “Neftçi”ni məğlub edən (4:3) növbəti oyuna hazırlaşır.

Bu dəfəki rəqib son ölkə çempionu “Qarabağ”dır.

İki həftə əvvəl qazanılan qələbə ilə “damağına şirə düşən” Gəncə təmsilçisinin hədəfi bu matçda da məğlub olmamaqdır.

Hər halda komandanın kapitanı Yeqor Xvalko belə deyir. Belaruslu legioner Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı danışıb:

“Oyuna hazırlıqlarımız plana uyğun gedir. Ötən həftə gündəlik iki məşqli prosesdə çalışdıq, bazar günü öz aramızda ikitərəfli matç keçirdik.

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə əsas diqqəti məşqlərə ayırdıq ki, çatışmazlıqları mümkün qədər aradan qaldıraq.

“Qarabağ”la qarşılaşmaya gəlincə, hər oyunda olduğu kimi qələbə qazanmaq istəyirik. İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Bu cür rəqiblə dueldə heç-heçə də bizim üçün yaxşı nəticə sayılacaq.

Bir sözlə, uduzmamaq və əvvəlki görüşlərdən daha yaxşı oynamaq üçün çalışacağıq. Kollektivdə əhval-ruhiyyə yaxşıdır, görək sonluq necə olacaq”.

Oktyabrın 18-də Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti