COP29

"Neftçi"ni uddular, bir belə pul aldılar, indi də rəhbəri gözləyirlər - Xahişləri var

09:40 Kəpəz 2 478
"Neftçi"ni uddular, bir belə pul aldılar, indi də rəhbəri gözləyirlər - Xahişləri var

«Kəpəz» Premyer Liqada uğursuz gedişata birinci dövrənin son turunda «dur» deyə bildi.

Gəncə təmsilçisi ardıcıl 8 məğlubiyyətin ardından «Neftçi»yə qalib gəldi.

Azər Bağırovun çalışdırdığı «sarı-göylər» 4:3 hesablı nəticəylə mövsümün ilk xallarını qazandı.

Qeydə alınan göstərici klub rəhbərliyi tərəfindən qiymətləndirilib. Onlar tərəfindən əsas heyət üzvlərinin hər birinə 1000 manat ayrılıb.

Ancaq ola bilər ki, bu məbləğ daha 200 manat artırılsın. Hər halda oyunçuların belə bir xahişi var.

İdarə Heyətinin sədri İlqar Nadiri hazırda Türkiyədədir və o, ölkə xaricindən qayıdandan sonra komandayla görüşəcək, bu məsələ də orada müzakirə ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti