"Azər Bağırov sübut etdi ki, Azərbaycanda futbolçuların üstündən tez xətt çəkirlər"
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Kəpəz”in Premyer Liqanın son turunda “Neftçi” üzərində qazandığı 4:3 hesablı qələbədən söz açıb.
O, bu matçda dubla imza atan Orxan Əliyevin ötən mövsümdə də dəfələrlə “ağ-qaralar”ın qapısına yol tapmasını xatırladıb.
Abbasov bildirib ki, Bağırov hesabdan silinmiş oyunçuları vitrinə qaytarmaqda mahirdir.
Hələ “Araz-Naxçıvan”da işlədiyi dönəmdə onun bu yolla bir neçə nəfəri, o cümlədən, Orxan Əliyevlə Vadim Abdullayevi “quyu”nun dibindən çıxarmasını yada salıb.
Ekspert yeni baş məşqçinin gəlişindən sonra “Kəpəz”in tədricən dəyişdiyini qeyd edb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN