COP29

10 min dollar alıb Azərbaycandan getdi, həvəskar klubla müqavilə bağladı

12 Oktyabr 10:40 Kəpəz 4 400
10 min dollar alıb Azərbaycandan getdi, həvəskar klubla müqavilə bağladı

Xəbər verdiyimiz kimi, “Kəpəz” mövsümün əvvəlində transfer etdiyi Keverton Resende ilə yolları ayırıb.

Avqustun 22-də transferi açıqlanan və 1+1 illik müqavilə imzalanan braziliyalı yarımmüdafiəçinin Azərbaycan karyerası cəmi 46 gün çəkib.

Buna səbəb Adil Şükürovun baş məşqçi olduğu vaxtda transfer edilən 23 yaşlı legionerin komandanın yeni çalışdırıcısı Azər Bağırovun etimadını doğrultmamasıdır.

Keverton Resende Premyer Liqanın iki oyununda “Kəpəz”in heyətində meydana çıxıb. Azər Bağırovun baş məşqçi təyin olunmasından sonra isə o, əvəzedici komandaya göndərilib.

Gəncə təmsilçisi cənubi amerikalıdan canını qurtarmaq üçün 10 min dollar civarında təzminat ödəməyə razılaşıb. Bu, onun 4 aylıq məvacibi qədər kompensasiya deməkdir.

“Sambaçı” buradan ayrılan kimi vətəninə yollanmayıb. Yarımmüdafiəçi Rusiyaya gedib və Moskvada yerləşən həvəskar klublardan biriylə 8 aylıq müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti