SOCAR «Kəpəz»in dadına yetişib.
AFFA-nın da baş sponsoru olan neft şirkəti Gəncə təmsilçisinə əlavə maliyyə vəsaiti ayırıb.
SOCAR Premyer Liqanın himayədarsız fəaliyyət göstərən yeganə iştirakçısına 500 min manat ianə edib. Bu məbləğ qarşıdakı müddətdə hissə-hissə qərb təmsilçisinəin hesabına köçürüləcək.
«Kəpəz» cari mövsümə pis start verib. nizami yurdunun komandası ilk dövrədə ard-arda 8 məğlubiyyət alıb.
Liqanın yalnız son turunda «Neftçi»ni 4:3 udan «sarı-göylər» 3 xal qazanıb və hazırda turnir cədvəlinin axırıncı – 10-cu pilləsində məskunlaşıb.
SPORTİNFO.AZ