COP29

Türkiyədən gəldi, “Neftçi”nin qapısına əla qol vurdu: “Təəccüblənmədim”

9 Oktyabr 21:20 Kəpəz 2 622
Türkiyədən gəldi, “Neftçi”nin qapısına əla qol vurdu: “Təəccüblənmədim”

“Kəpəz”in yeni və ən son transferi Mahamadu Ba debüt matçında qol hesabını açdı.

Malidən olan 25 yaşlı yarımmüdafiəçi “Neftçi”ylə qarşılaşmada uzaq məsafədən vurduğu qolla ayın ən baxımlı qollarından birinə imzasını yazdırdı.

Ba Sportinfo.az-a verdiyi müsahibədə bizi maraqlandıran sualları cavablandırıb.

- İlk oyunda ilk qol və ilk qələbə. Debüt matçı haqda nə deyə bilərsən?

- İlk növbədə burada olduğum üçün özümü xoşbəxt hiss etdiyimi deməliyəm. Məqsədim “Kəpəz”ə kömək etmək idi.

Bunu bacardımsa, nə gözəl. Qol vurmağım da yerinə düşdü. İnşallah, uğurların davamı gələr.

- Komandaya bir neçə gün öncə qoşulduğunu nəzərə alsaq, “11-lik”də yer almağın qəribə göründü. Mənim işim məşq etmək, oyuna hazırlaşmaqdır. Qərarı verən baş məşqçidir. Demək ki, gördüyü, bildiyi nəsə var idi. Azərbaycana gəlməmişdən əvvəl də məşq edirdim, fiziki formamı nəzarətdə saxlayırdım. Fikrimcə, fiziki hazırlığımda problem yox idi.

- Büdcə baxımından “Kəpəz”i azı 5 dəfə üstələyən “Neftçi”ni udmağı bacardınız. Bu, baş verəndən sonra formasını geyindiyin komandanın sonuncu pillədə yer almasına təəccübləndin?

- Çox da təəccüblənmədim. Bildiyimə görə, yayda komandada böyük dəyişikliklər olub. Hazırkı baş məşqçimiz də “Kəpəz”ə bir ay əvvəl gəlib. Bunları düşünəndə, belə olması normaldır. İndiki vəziyyətdə kimin sonuncu pillədə yer alması önəm daşımır. Vacib olan mövsümün yekununda axırıncı olmamaqdır.

- Uzun illər Türkiyə klublarında oynamısan. “Kəpəz”dən təklif gələndə, ölkəmiz və futbolumuz barədə nə bilirdin?

- Açığı, geniş bilgilərə sahib deyildim. Sadəcə, Azərbaycanla Türkiyənin qonşu ölkələr olduğunu bilirdim. Mühiti dəyişmək və özümü başqa ölkədə yoxlamaq istəyirdim. Ona görə də menecerimə Türkiyədən ayrılmaq istədiyimi demişdim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti