COP29

“Ah, “Neftçi”ni udduq, bir az yüngülləşdik, yoxsa çox pis olacaqdı”

9 Oktyabr 20:00 Kəpəz 2 457
“Ah, “Neftçi”ni udduq, bir az yüngülləşdik, yoxsa çox pis olacaqdı”

“Kəpəz” cari mövsümdə ilk qələbəsinə sevindi.

Geridə qalan 8 turda azarkeşlərini sevindirə bilməyən “sarı-göylər” Tovuzda “Neftçi”ni meydandan başıaşağı yola saldı -4:3.

Oyun başa çatandan sonra “Kəpəz”in düşərgəsindəki sevinci görməyə dəyərdi. Bir-birinə sarılan, təbrikləşən klub və komanda işçiləri olduqca xoşbəxt görünürdü.

Komandanı meydana kapitan sarğısı ilə çıxaran belaruslu müdafiəçi Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında qalibiyyətlə bağlı fikirlərini dilə gətirib:

“Ah, bir az yüngülləşdik. Həftələrdir bu qələbənin intizarında idik. Nəhayət, “qara zolaq”dan çıxmağı bacardıq. Həm də inamlı qələbə, fantastik qollarla.

Oyundan əvvəl məşqçi və futbolçu heyəti ilə söhbətimiz olmuşdu ki, belə davam etməyəcək. Ən pis halda dövrənin sonuncu matçında qələbə qazanmalıyıq. Bu gün Allah çəkdiyimiz əziyyəti yerdə qoymadı.

Kənardan oyuna baxırdınız, razılaşarsınız ki, haqlı qələbəmiz idi. Bu gün bütün futbolçular meydanda canını qoydu.

Başımızı rəqib futbolçularının ayaqlarının altına qoymağa hazır idik. Çünki məğlubiyyətlərdən bezmişdik. Buna son qoymaq istəyirdik. Uduzsaydıq, sonrası çox pis olacaqdı”.

“Kəpəz” cari mövsümdə ilk qalibiyyətini alsa da, hələ də 3 xalla turnir cədvəlinin sonuncusudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti