“Gəncəlilər həqiqətən futbolu və “Kəpəz”i sevən insanlardır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın gürcü legioneri Georgi Kantariya deyib.
Ötən iki mövsümdə “sarı-göy” formanı geyinmiş yarımmüdafiəçi həmin günləri xatırlayıb:
“Onlar hər bir halda komandanın yanında olmağa çalışırlar. Bugünə qədər qarşılıqlı hörmətimiz var.
Ümid edirəm ki, yaşananlar müvəqqətidir, ən yaxın zamanda “Kəpəz” iddialılardan biri olacaq”.
Yayda Livana yollanan və “Nejah”la birillik müqavilə imzalayan gürcü “Şamaxı”dan dəvət alandan sonra növbəti dəfə Azərbaycana dönüb.
O, “Kəpəz”in heyətdində çempionatda 31 oyuna çıxıb və 2 qol ötürməsi verib.