Turnir cədvəlinin “quyruğunda” yer alan “Kəpəz”lə “Neftçi” Tovuzda üz-üzə gəlib - 4:3.
Kifayət qədər maraqlı və bol qollu keçən oyunda nominal meydan sahibləri tribunalardan lazım olan dəstəyi alıb.
“Xəmsə” azarkeş qrupunun üzvlərinin fəallıq göstərdiyi tribunanın yan tərəfində Gəncədən Tovuza təşrif buyuran sıravi azarkeşlər yer alıb.
Gəncəlilər sevimli komandalarına dəstək verməklə yanaşı, “Neftçi”nin futbolçularını təzyiq altında saxlamağa çalışıblar.
Sevindirici haldır ki, cari mövsümdə ilk dəfə “Kəpəz”in futbolçuları və klub rəhbərliyi tribunalardan təzyiq görmür. Bu, heç də hesabda öndə olmağın yaratdığı ruh yüksəkliyi deyil.
Halbuki, bakılılar oyunun ilk dəqiqələrində hesabı açmışdı və növbəti qol axtarışlarını davam etdirirdi. “Kəpəz”in hesabda geri olduğu anlarda da tribunalardan “istefa” səsləri yox, dəstək şüarları eşidilirdi.
Görünür, fanatlar gec da olsa, komandanı təzyiq altında saxlamağın çıxış yolu olmadığını anlayıblar. Ya da Azər Bağırovun gəlişindən sonra edilən ardıcıl transferlər onlarda gələcək adına ümid yaradıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN