COP29

“Neftçi”nin QƏNİMİ - Dedi, gəlin, mənimlə tanış olun!

19:40 Kəpəz 629
“Neftçi”nin QƏNİMİ - Dedi, gəlin, mənimlə tanış olun!

Nəhayət, «Kəpəz» mənfi tendensiyaya «dayan bir» deyə bildi.

Səkkiz tur sonra gələn qələbə klub tarixini növbəti antirekordun cəngindən xilas etdi.

Bu, Azər Bağırovun yeni iş yerində ilk qalibiyyəti kimi yaddaşlara yazıldı.

«Kəpəz»ın ən ağır günlərində görəvə gələn baş məşqçini «Neftçi»ni əlinin içi kimi tanımasının artıq əlavə sübuta ehtiyacı qalmadı.

Ümumiyyətlə, deməliyik ki, Bağırov baş məşqçisi olduğu komandaları vaxtilə formasını geyindiyi «Neftçi»yə qarşı əla hazırlayır.

«Araz-Naxçıvan»da çalışdığı ötən mövsümdə «Neftçi»nin ondan nə çəkdiyi xatirimizdədir. Bağırov «Araz»la keçirdiyi üç oyunun ikisində onlara qalib gəlmiş, birində də 1 xal qoparmışdı.

«Kəpəz» o inamın, çözülən sirrin nəticəsində «Neftçi»yə güc gələ bildi. Odur ki, dünən bu komandanı tanımaq olmadı. Gəncəlilər ortaya elə bir istək, elə bir iradə qoydu ki...

Möhtəşəm adlandırmalıyıq sadəcə.

Həmişə belə oynasalar, nə var ki!

«Kəpəz» tədrici yol keçir, hazırda «qabıq» dəyişir. Adil Şükürovun gətirdiyi «otxzodlar»ı ehtiyat skamyasına əyləşdirməyə başlayan Bağırov yeni transferlər hesabına komandanı düşdüyü quyunun dibindən çıxaracağına ümid yaratdı.

Təkrarçılıq çıxmasın, bu cür oynamağa davam edərlərsə.

Sürət, istək və anlaşma - bunlar uğurlu qrafik qurmağın 3 əsas şərtidir. Orxan Əliyevin dublu, Banın super qolu Bağırov adına yaxşı əlamətdir.

«Kəpəz» mövsüm ərzində məhz dünən ilk dəfə kompakt oynadı. Komanda ruhu nə deməkdirsə, 90 dəqiqə bunun nümayişini etdilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti