COP29

"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra Azərbaycanda legioner həyatı yaşayacam”

16:20 Kəpəz 449
"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra Azərbaycanda legioner həyatı yaşayacam”

"Kəpəz"in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, malili yarımmüdafiəçi Gəncə təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb:

"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacam.

Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar.

Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm.

Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu.

Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq.

Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar.

İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür.

Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?