"Kəpəz" Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib.
Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Ba ilə anlaşdığını rəsmən açıqlayıb.
25 yaşlı afrikalı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb.
"Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.
Banın transfer xəbərini ilk dəfə saytımız yayıb. Sentyabrın 16-da bu haqda oxucularımıza məlumat vermişik.
Malili yarımmüdafiəçinin “Kəpəz”də nə qədər pul qazanacağı da bizə məlumdur. Qərb klub ona hər ay 4500 dollar əməkhaqqı ödəyəcək.
SPORTİNFO.AZ