COP29

Azərbaycan klubu 3 ayın maaşını verdi, müqaviləni pozdu

14:00 Kəpəz 721
Azərbaycan klubu 3 ayın maaşını verdi, müqaviləni pozdu

“Kəpəz”də mövsümün ilk ayrılığı rəsmiləşib.

Gəncə klubu Keverton Markolino ilə əməkdaşlığı dayandırıb.

O, yay fasiləsində heyətə qatılan futbolçulardan biri idi. Braziliyalı yarımmüdafiəçi Adil Şükürovun baş məşqçiliyi dönəmində şans qazansa da, Azər Bağırovun təyinatından sonra “ofsayd”a düşdü.

Yeni çalışdırıcı Kevertonun hazırlıq səviyyəsində razı qalmadığından, klub rəhbərliyindən “sambaçı”nın yola salınmasını xahiş edib. Onun sözü yerə salınmayıb.

Odur-budur, 23 yaşlı əcnəbini görən yox idi. Son 3 turda adına nə əsas, nə də əvəzedici komandanın oyunlarında rast gəlmişik.

Kevertonla bağlanmış 1 illik sözləşmə qarşılıqlı razılıq əsasında pozulub. Qarşıdakı 3 ayın maaşı təzminat olaraq ona ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti