“Kəpəz”in yay fasiləsində heyətinə qatdığı futbolçulardan biri Keverton Markolino olmuşdu.
Braziliyalı yarımmüdafiəçi Adil Şükürovun baş məşqçiliyi dönəmində şans qazansa da, Azər Bağırovun təyinatından sonra ofsayda düşdü.
Yeni çalışdırıcı Kevertonun hazırlıq səviyyəsində razı qalmadığından, klub rəhbərliyindən “sambaçı”nın yola salınmasını xahiş edib.
Odur-budur, 23 yaşlı futbolçunu görən yoxdur. Son 2 turda onun adına nə əsas, nə də əvəzedici komandanın oyunlarında rast gəlmişik. Bu günə qədər klubdan ayrılıq xəbəri də təsdiqlənməyib.
Elədirsə, klubla sözləşməsi olan Keverton haradadır? “Kəpəz”dən maaş alan oyunçu barədə niyə heç bir məlumat verilmir?
Maraqlananda məlum oldur ki, Bağırovun gəlişindən sonra “Kəpəz-2”yə göndərilən legioner əvəzedici komandada məşq etməklə kifayətlənir.
Klubdan ayrılması an məsələsi olduğundan, Xaliq Mərdanov ondansa yerli futbolçulara şans verməyi üstün tutur.
Hazırda Kevertonla yanaşı, Redon Mihana ilə də yolların ayrılması yönündə danışıqlar davam edir.
HƏBİB / SPORTİNFO.AZ