COP29

Premyer Liqamızdan hansı klub dünyasəviyyəli antirekord siyahısına düşdü?

26 Sentyabr 08:40 Kəpəz 664
Premyer Liqamızdan hansı klub dünyasəviyyəli antirekord siyahısına düşdü?

Milli çempionatlarda davam edən ən uzun uğursuz seriyalar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının autsayderi "Kəpəz" də həmin siyahıda yer alıb.

Gəncə təmsilçisi ardıcıl 10 oyunda məğlub olub. Qərblilərin bu seriyası hələ ötən mövsümdə başlayıb.

2023/24 mövsümünü 3 məğlubiyyətlə bitirən "Kəpəz" cari çempionatın 7 matçını xalsız başa vurub. Gəncə klubu son xalını mayın 4-də "Sumqayıt"la ev görüşündə alıb - 1:1.

Bu, dünyanın ən uzun seriyaları arasında 5-cidir. Amma daha böyük uğursuzluq yaşayan 4 komanda aşağı liqa təmsilçiləridir. Yüksək liqa klubları arasında dünya antirekordu "Kəpəz"a aiddir.

Mütləq antirekord Yunanıstanın 2-ci liqasında 23 matç uduzan "Paniliakos"a məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti