Tovuzda klub rəsmilərinə göstəriş verildi:
Tovuzda keçirilən “Şamaxı” – “Kəpəz” qarşılaşması bir sıra maraqlı görüntülərlə yadda qaldı.
0:2 hesabı ilə məğlub olan komandanın azarkeşləri ilk hissənin ortalarından başlayaraq oyunun sonuna qədər klub rəhbərliyini istefaya səsləyib, azarkeşləri formanın haqqını verməməkdə günahlandırdılar.
Ən maraqlı olay isə Georgi Kantariyanın qolundan sonra yaşandı.
Gürcü futbolçu “sarı-göylər”in qapısına yol tapıb hesabı 2:0 edəndə, VİP-lojadakı “Şamaxı” rəsmiləri Kamran İsmayılovla Yusif Hüseyn qeyri-ixtiyari “qol” qışqırıb sevindilər.
Bu, bəzi azarkeşlərin xoşuna gəlmədi. “Kəpəz”in fanatı ayağa qalxıb arxaya boylandı, ardınca üzünü qonaq klubun rəsmilərinə tutaraq irad bildirdi:
“Nəyə sevinirsiniz? Sevinməyin! “Kəpəz”in pulu yoxdur, hə? Oturun yerinizdə”.
Komandasının məğlubiyyətinə görə özündən çıxan çılğın azarkeşin əmr dolu müraciətinə “Şamaxı” rəsmiləri gülümsəyərək reaksiya verdilər.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: