COP29

Azərbaycana dönmək üçün 2500 dollar az maaş almağa razılıq verdi

25 Sentyabr 09:40 Kəpəz 3 525
Azərbaycana dönmək üçün 2500 dollar az maaş almağa razılıq verdi

"Kəpəz" heyətinə yeni legioner cəlb edib.

Gəncə təmsilçisi Luis Paçu Liranı transfer edib.

28 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Braziliyalı forvardın son klubu "Turan Tovuz" olub.

"Sarı-göylər" Kurban Berdiyevin sərəncamında görmək istəmədiyi "sambaçı"ya 6500 dollar əməkhaqqı ödəyəcək.

Avqustda Tovuz komandasından ayrılan Puçinin orada 9000 dollar maaş almasını da xatırladaq.

Yəni ki, o, yenidən Azərbaycana qayıtmaq üçün "Kəpəz"ə maddi cəhətdən xeyli güzəştə gedib.

"Kəpəz" bunadək Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa, Orxan Əliyev, Rauf Hüseynli, Turan Manafov, Valdemar Almeydanı heyətinə qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti