COP29

"Kəpəz"i Premyer Liqada saxlamağın YEGANƏ YOLU

25 Sentyabr 17:00 Kəpəz 2 336
"Kəpəz"i Premyer Liqada saxlamağın YEGANƏ YOLU

Gəncədən redaksiyamıza tez-tez eyni məzmunda məktublar daxil olur.

Azarkeşlər futbol ictimaiyyətinin "Kəpəz"ə laqeyd münasibət bəsləməsindən şikayət edir.

Sanki hər kəs günahkardır, bircə klubun azarkeşlərindən başqa.

Nahaq, bu gün "Kəpəz"ə futbol ictimaiyyəti yox, elə onu "sevən" azarkeşləri laqeyd münasibət bəsləyir.

Hərəsinin ağzında bir avaz var. Kimisi hələ də Tərlan Əhmədovun baş məşqçi postuna qaytarılmasının davasını edir, kimisi İlqar Nadirinin istefa verməsini, kimisi də yaxın ətrafının klubda söz yiyəsi olmasının.

Və hər birində şəxsi maraqların qoxusu var.

Hamının dərdi mən, məndi.

Hərə bir yolla özünün varlığını klubda əks etdirməyə çalışır.

Hələ komanda doğma şəhərdə ev oyunlarını keçirmədiyi halda xoş olmayan münasibətlər göydə uçuşur. "Kəpəz" öz evinə qayıdanda olacaqları təsəvvür etmək elə də çətin deyil.

Kluba ilk öncə ürəyi "Kəpəz"lə döyünən gəncəlilər sahib çıxmalıdır.

Beləsi yoxdur? Əlbəttə, var. Amma çox azdır.

Ən azı meydanda varlığını göstərənlər arasında birincilər azlıq təşkil edir.

Azlıq isə çoxluğa tabedir.

Belə olduğu müddətcə də klubun ağır günləri daha uzunmüddətli dövrü əhatə edəcək.

90-cı illər geridə qaldı. İndi 2024-cü ildir. Kirli münasibətlərə yer yoxdur.

Böyük tarixi olan klubu şəxsi maraqlara satmaq, fərdlərin kölgəsində saxlamaq olmaz.

Gəncəlilər ilk öncə bu mifi dağıtmalı, açılan pəncərədən ətrafı daha ayıq gözlə seyr etməlidirlər.

Əks halda, aşağı liqa çox yaxında kimi görünür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti