Premyer Liqanın ilk 7 həftəsində məğlubiyyətləri sıralayan «Kəpəz»də köklü islahatların başlaması qərara alınıb.
Rəhbərlik Adil Şükürovun yayda düşərgəyə dəvət etdiyi legionerlərin bir çoxuyla yolları ayırmağı qətiləşdirib.
Təbii ki, bu məsələ Azər Bağırovla razılaşdırılıb.
Yeni baş məşqçi ondan qabaq komandaya cəlb olunmuş əcnəbi futbolçulardan minimum 4 nəfərin qış fasiləsinədək düşərgədən göndərilməsini istəyib.
Gəncə təmsilçisi hazırda I Liqaya yuvarlanmağa ən real namizəd sayılır. Premyer Liqanın xalı olmayan yeganə iştirakçısı turnir cədvəlinin son pilləsinə yuvaprlanıb.
SPORTİNFO.AZ