COP29

Narazı qaldılar, “Sportinfo”ya üz tutdular: “Onun arxasında kim dayanıb?" - VİDEO

22 Sentyabr 18:35 Kəpəz 1 334
Narazı qaldılar, “Sportinfo”ya üz tutdular: “Onun arxasında kim dayanıb?" - VİDEO

“Kəpəz” cari mövsümdə yeddinci məğlubiyyətini aldı.

Qərb təmsilçisi Tovuzda nominal meydan sahibi qismində qəbul etdiyi “Şamaxı”ya boyun əydi – 0:2.

Oyunun gedişində və matç başa çatandan sonra gəncəli azarkeşlərin düşdüyü vəziyyət ürək ağrıdırdı.

Heç cür mövcud durumla barışa bilmir, elə hey klub rəhbərliyinin istefa verməli olduğunu deyirdilər.

Bəndənizlə ayaqüstü söhbətdə onlara hansısa yolla yardım etməyimizi, “Kəpəz”in düşdüyü vəziyyətdən çıxmasına mətbuat olaraq vəsilə olmağımızı xahiş edəndə, narazı azarkeşlərə etirazlarını sivil formada çatdırmalarına şərait yaratdım.

HƏBİB / SPORTİNFO.AZ

Videoda “Kəpəz” azarkeşlərinin üsyanını izləyə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti