COP29

Məgər o boyda Şamaxıda ürəyi futbolla döyünən 5-10 nəfər yoxdur? - FOTOLAR

21 Sentyabr 23:00 Kəpəz 1 315
Məgər o boyda Şamaxıda ürəyi futbolla döyünən 5-10 nəfər yoxdur? - FOTOLAR

Premyer Liqanın 7-ci turu çərçivəsində “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı”nı qəbul edib.

Oyunu izləmək üçün Gəncədən qonşu şəhərə bir qrup azarkeş gəlib ki, matçın start fitindən etibarən müxtəlif şüarlar səsləndirilib.

Tovuzlu futbolsevərlər də bu oyunu tribunadan izləmək üçün arenanın yolunu tutub.

Lakin qonaqlar üçün nəzərdə tutulmuş sektorlarda boşluqdur. Başqa cür desək, “Şamaxı”nın futbolçuları dəstəksiz mübarizə aparıb.

Mövsümün startından bu yana inamlı təsir bağışlayan, 5 oyunda 8 xal toplayaraq turnir cədvəlinin orta sıralarında qərarlaşan bölgə təmsilçisinə fanatların soyuq münasibət göstərməsini başa düşmək olmur.

İş və dərs günüdür, anlaşılandır. Məgər o boyda Şamaxıda ürəyi futbolla döyünən 5-10 nəfər yoxdur?

Problem yol uzaqlığı və maliyyədirsə, klubun öz azarkeşləri üçün avtobus ayırması da mümkünsüzdür? “Şamaxı” bundan artıq nə etməlidir?

Söhbət açdığımız klub Premyer Liqada iştirak edən “Şamaxı” və onun azarkeşləridir. Bəli, məhz Premyer Liqada.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti