COP29

Gəncədən gəlmirəm, yüküm xurma deyil… VİDEO

00:30 Kəpəz 90
Gəncədən gəlmirəm, yüküm xurma deyil… VİDEO

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti dəfə uduzub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi VII turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda baş tutan qarşılaşma "sarı-göylər"in məğlubiyyəti ilə bitib - 0:2.

"Şamaxı"nın qollarını 16-cı dəqiqədə Brahim Konate, 19-cu dəqiqədə Giorgi Kantariya vurub.

Keçirdiyi 7 matçın hamısında yenilən "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirən "Şamaxı" 11 xalla üçüncü sıradakı "Sabah"a çatıb.

Tovuz şəhər stadionu, 400 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Elmir Tağıyev, 22 (qeyri-idman hərəkəti) // Vasiliye Bakiç, 75 (qeyri-idman hərəkəti); Emin Zamanov, 79 (qeyri-idman hərəkəti); Rikardo Fernandes, 90+4 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Brahim Konate, 16; Giorgi Kantariya, 19
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Kəpəz”
1.Rojerio Santos
2. İlkin Qırtımov
(29. Dioqo Verdaska, 46)
99. Əli Səmədov
12. Turan Manafov
5. Rauf Hüseynli
8. Elmir Tağıyev
(10. Karim Lkouça, 74)
21. Camal Cəfərov
(7. Ehtiram Şahverdiyev, 59)
26. Valdemar Almeyda
78. Yeqor Kvalko (k)
19. Lassana Ndiaye
(11. Orxan Əliyev, 59)
77. Viktor Braqa
(80. Tural Rzayev, 59)
Ehtiyat oyunçular:

22. Məmməd Hüseynov
70. Nicat Süleymanov
20. Mahir Həsənov
6. Nemət Musayev
17. Ümid Səmədov
15. Cavad Kərimov
28. Redon Mihana
Baş məşqçi: Azər Bağırov

“Şamaxı”
1. Rikardo Fernandes
4. Adil Nağıyev (k)
8. İlkin Muradov
17. Rafael Məhərrəmli
(5. Arsen Ağcabəyov, 82)
82. Rüfət Abbasov
32. Vasiliye Radenoviç
20. Leroy Mikels
(6. Rauf Rüstəmli, 82)
93. Brahim Konate
(10. Emin Zamanov, 64)
7. Giorgi Kantariya
(60. Səbayıl Bağırov, 90)
9. Belajdi Pusi
(11. Conatan Benteke, 82)
66. Vasiliye Bakiç

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
22. Qurban Səfərov
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu