COP29

“Narazıyıq” - Üzünü onlara tutdu, səmimi xahiş etdi

17:00 Kəpəz 209
“Narazıyıq” - Üzünü onlara tutdu, səmimi xahiş etdi

Bundan əvvəlki iki mövsümdə gördüyümüz ssenari təkrarlanır.

“Kəpəz” yenə mövsümə uğursuz başlayıb və gəncəli azarkeşlər yenjə narazıdır.

2-3 tur da belə davam etsə, “sarı-göylər”in elitadakı yerini itirəcəyi aylar öncədən dəqiqləşəcək.

“Kəpəz”in hücumçusu Orxan Əliyev həssas məqamda Sportinfo.az-ın vasitəsi ilə fanatlara səslənərək onları səbrli olmağa, komandanı dəstəkləməyə çağırıb:

“Heç bir azarkeş çempionata 6 məğlubiyyətlə başlayan komandadan razı ola bilməz. Özümüz özümüzdən narazıyıq, o ki qalmışdı azarkeşlərimiz. Onları çox yaxşı başa düşürük.

Bilirəm, vəziyyət pisdir, rəqiblər uzaqlaşır. Ancaq qarşıda çox oyunlar olacaq. Vəziyyəti yaxşıya doğru dəyişmək öz əlimizdədir.

Azarkeşlərdən xahişim yanımızda olmaları və sona qədər bizə dəstək vermələridir. Uduzduğumuz matçlardan sonra fanatların hansısa formada etiraz etməsi vəziyyəti bir az da ağırlaşdırır.

İnanın, hamımız qələbə qazanmaq üçün çalışırıq. Hələ ki, alınmır. Azarkeşlərlə birlik nümayiş etdirməklə bu durumdan çıxacağımızı düşünürəm”.

“Kəpəz” Premyer Liqanın 7-ci turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək. Sentyabrın 20-də Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti