COP29

Əlində süpürgə yoxdur, yoxsa silib-süpürərdi

17 Sentyabr 15:00 Kəpəz 865
Əlində süpürgə yoxdur, yoxsa silib-süpürərdi

«Kəpəz» yeni baş məşqçisi ilk oyununa çıxdı və uduzdu.

Azər Bağırovun keçmiş komandası «Araz-Naxçıvan»a qarşı debütü uğurlu da alına bilərdi.

Son anda «Sabah»dan icarəyə götürələn Camal Cəfərovun bir səhvi 3 xalın taleyini həll etdi.

Gənc müdafiəçinin həyacandan doğan xətasını başa düşmək olar. Hələ duza gedir, bişməyib, ona mütləq surətdə vaxt lazımdır.

Camalı bildik, uşaqdır. Adil Şükürovun ard-arda aldırdığı legionerlər bəs? Onlar uşaq deyil, bığıburma adamlardır.

Səviyyələri aşağıdır, sadəcə. Şükürov bu əcnəbiləri hardan tapıb gətirib, necə bəyənib, bir müəmmadır.

Bəlkə də heç sv-lərini gözdən keçirməyib, görüntülərini izləməyib. Hamısı tanış-tunuş vasitəsilə gələnlərdir, elə bil.

Bağırovun işi çətin olmayacaq, çox çətin olacaq. Ağır vəziyyətdə götürüb komandanı. Bundan da pis günləri ola bilməz.

«Kəpəz» rəhbərliyi, Gəncə azarkeşi ona sarılmalıdır, yanında dayanmalıdır. Bu çətin periodda çəkişməyin yeri yoxdur, birləşmələri, yumruq olmaları mütləqdir.

Bağırovun süpürgəsi olsaydı, yəqin ki, düşərgədən çoxunu silib-süpürərdi. İmkan tapsınlar, əlavə büdcə ayırsınlar. Yeni oyunçulara ehtiyac böyükdür.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM