COP29

“Onu Allah bilir” – “11 nömrə” suala konkret cavab verə bilmədi

16 Sentyabr 16:40 Kəpəz 1 003
“Onu Allah bilir” – “11 nömrə” suala konkret cavab verə bilmədi

“Kəpəz”in yeni transferi Orxan Əliyev Sportinfo.az-a müsahibə verib.

28 yaşlı hücumçu komandasının “Araz-Naxçıvan”a məğlubiyyətindən sonra (0:1) suallarını cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Rəqibin bir imkanı oldu, onu da qola çevirdilər. Bir qədər diqqətli olmaq lazım idi. Başqa səbəb görmürəm.

- Sabiq komandan “Araz-Naxçıvan”a qarşı oynamaq necə hiss idi?

- Digər rəqiblərdən fərqi yoxdur. Bütün oyunlara necə hazırlaşıramsa, bu dəfə də elə. Sıradan matç idi mənim üçün.

- Prinsipiallıq yox idi?

- Futboldur da. Neçə il əvvəl “Kəpəz”dəydim, sonra “Araz-Naxçıvan”da oynadım, bu gün yenə “Kəpəz”dəyəm. Düzdür, keçmiş komandamdır, amma xüsusi bir şey yox idi. Əsas istəyim “Kəpəz”ə kömək etməkdir.

- Azər Bağırov gələndən nəyi dəyişib?

- Oyunu özünüz gördünüz. Belə baxanda, pis oynamadıq. Hətta ilk hissədə qol imkanlarımız da oldu. Məncə, bu gün Azər Bağırovun oyun üslubu görünürdü. Komandaya yeni gəlib, cəmi iki həftədir. Zamanla daha yaxşı olacağına inanıram.

- Azarkeşlər nəticələrdən narazıdır. Nə vaxt qələbə qazanacaqsınız?

- Onu Allah bilir. Hansı futbolçu qələbə qazanmaq istəmir? Biz də bunun üçün çalışırıq. 6 məğlubiyyət futbolçu kimi bizə çox pis təsir edir. Vəziyyətdən çıxmağa çalışırıq, hələ ki, alınmır. Azarkeşlərin narazılığını çox gözəl başa düşürük. Onlar “Kəpəz”i layiq olduğu yerdə görmək istəyir. Hələ heç nə itirməmişik. Qarşıda çox oyunlar var. Durumu dəyişə bilərik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!