COP29

Qısa müddət, ilk matç, ümid verən MESAJ

22 Sentyabr 21:40 Kəpəz 1 194
Qısa müddət, ilk matç, ümid verən MESAJ

Azər Bağırovun "Kəpəz"də debütü uğursuz oldu.

"Araz Naxçıvan"ın qonağı olan onun komandası 0:1 hesablı məğlubiyyətə üzüldü.

Bəli, nəticə ürəkaçan olmadı.

Amma ürəkaçan məqamlar da yox deyildi.

Ən azı hesab bunu deyir. Rəqib nə "Səbail" , nə də "Turan" yox, heyəti, iddiası daha böyük olan "Araz" idi.

Amma komanda 90 dəqiqə döyüşdü. Əvvəlki matçlardakı kimi ilk hissədəcə təslim olmadı.

Əminəm ki, bu komanda "Sabah"la görüşdəki 2:0-lıq üstünlüyü əldən verməzdi.

Ona görə bu komanda ki, heyətdə olan dəyişikliklər ümumi ansambıla yeni çalar qata bilmişdi.

Rauf Hüseynli və Turan Manafov cinahlara etibarlılıq gətirmişdi. Hücuma qoşularaq çoxluq yaradan yeni transferlər arxa xəttin qayğısına qalmağı da unutmurdular. Sadəcə ikinci yarı hər iki müdafiəçi də oyun praktikasından əziyyət çəkdiklərini aşkar büruzə verdilər. Formaya düşmələri üçün zaman lazımdır.

Orxan Əliyev start heyətində başlaması da ön xəttdə iş əmsalını bir xeyli yüksəltmişdi. Lakin Əliyev də Rauf və Turan kimi optimal formasından uzaqdır.

Əvəzedici komandadan geri qaytarılan Nicat Süleymanov isə özü haqqında eyni müsbət fikirləri səsləndirmək üçün hansısa əsas vermədi.

Əgər yuxarıdakı "üçlük" və digər yeni transfer Valdemir Almeyda idman formalarını qısa müddətdə bərpa edə bilsələr, Bağırovun əl-qolu bir xeyli açılmış olacaq.

Bağırovun əlində "sehirli çubuq" yoxdur. Ki, qısa müddətdə hər şeyi 180 dərəcədə dəyişsin.

Lakin ilk sınaqdaca gənc mütəxəssis qarşıdakı turlar "asan yem" olmayacaqlarının işarəsini verdi.

İndi qalır həmin izlə daha qətiyyətli addımlamaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti