COP29

Kapitan verdiyi surpriz qərarla bağlı "Sportinfo"ya danışdı

14 Sentyabr 19:00 Kəpəz 857
Kapitan verdiyi surpriz qərarla bağlı "Sportinfo"ya danışdı

Vurğun Hüseynov üçün də aktiv futbolçu həyatının sonu çatdı.

Əslən Tovuzdan olan Azərbaycan millisinin sabiq üzvü 20 illik futbolçu karyerasını "Kəpəz"də sonlandırmalı oldu.

"Turan"ın yetirməsi Gəncə təmsilçisinə kimi "Qəbələ" və "Sumqayıt"da da çıxış edib.

Azərbaycan millisində keçirdiyi 15 matçda 1 qolla yadda qalıb.

36 yaşlı müdafiəç cəmi 2 ay əvvəl "Kəpəz"lə yeni 1 illik müqavilə imzalamışdı.

Gözləmək olardı ki, ən azı hazırkı mövsümü başa vurub, sonra vida edər.

Belədə onun getmək qərarı haqlı olaraq təəccüb yaratdı.

Niyə məhz indi?

Sorğumuza cavab olaraq təcrübəli sima bunları dedi:

"Ayağımdan ağır zədə aldım. Artıq zədələrlə mübarizə aparmaqdan yoruldum. Yenidən 1 aylıq müalicə kursu keçməliydim. Ondan sonra isə bərpa olunmağım uzun çəkəcəkdi. Belədə həm məşqlərdən uzaq düşəcəkdim, həm də komandadan ayrı qalmalı olacaqdım. Onsuz da oyunlarda iştirak etmirdim. Rəhbərlik və baş məşqçi ilə bu barədə geniş müzakirəm oldu. Onlar da anlayış göstərdi".

O, bundan sonrakı planları barədə də qısaca danışıb: "Futbolda qalmağı düşünürəm. Gələcək planım məşqçi işləməkdir. Artıq bu sahədə ilk addımını "Sumqayıt" klubunda atacağım dəqiqləşib. Akademiyanın U-15 komandasında köməkçi məşqçi kimi çalışacam".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?