COP29

“Kəpəz”in gəncəlisi nəyə arxayındır? – “Bu oyun göstərdi ki...”

9 Sentyabr 21:20 Kəpəz 979
“Kəpəz”in gəncəlisi nəyə arxayındır? – “Bu oyun göstərdi ki...”

“Kəpəz”in vəziyyəti ürəkaçan deyil.

Mövsümə uğursuz başlayan Gəncə təmsilçisi Premyer Liqanın startındakı 5 oyunun hamısını məğlub başa vurub.

Son 2 ildə elitada qalmaq tapşırığının öhdəsindən gələn kollektivin üçüncü cəhddə buna nail olacağı çətin görünür.

Uzun illərdir “Kəpəz”in sıralarında olan Əli Səmədov Sportinfo.az-a verdiyi açıqlamada tapşırığın öhdəsindən gələcəklərinə inandığını deyib:

“Düzdür, mövsümə istədiyimiz kimi başlamamışıq. Bunun əsas səbəbi yayda komandada baş verən dəyişikliklərdir. Əsas heyət üzvlərinin əksəriyyəti komandanı tərk etdi, yeni futbolçular cəlb olundu.

Qısa müddətdə nəticə vermək çətindir. “Sabah”la oyun göstərdi ki, komandanın potensialı var. Premyer Liqadakı yerimizi qorumaq üçün əlimizdən gələni edəcəyik və bunu bacaracağıq.

Xal itkisi limitini doldurmuşuq. Bundan sonra mümkün qədər xal yığmalıyıq ki, rəqiblərimizə çataq. Fasilə dönəmində toparlanıb, növbəti görüşlərdə xallar qazanacağımıza inanıram”.

Aktivində xal olmadan turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kəpəz”in ən yaxın rəqibləri hərəyə 4 xal yığan “Neftçi”ylə “Səbail”dir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti