COP29

Kapitan getdi, 3-4 nəfər yol üstədir – Yeni baş məşqçi yeni komanda qurur

9 Sentyabr 16:40 Kəpəz 4 165
Kapitan getdi, 3-4 nəfər yol üstədir – Yeni baş məşqçi yeni komanda qurur

“Kəpəz”ə yeni baş məşqçi təyin olunan Azər Bağırov gecəsini gündüzünə qatıb.

40 yaşlı çalışdırıcı bütün diqqətini komandaya əl gəzdirməyə ayırıb.

Kollektivin gücləndirilməsi yönündə ilkin addımlar atılıb. Rauf Hüseynli ilə müqavilə bağlanıb, Valdemar Almeyda (Pana) ilə Turan Manafovla razılıq əldə olunub. Hər üç futbolçu məşqlərdə iştirak edir.

Bağırovu narahat edən əsas məsələ sərəncamında görmək istəmədiyi futbolçularla yolların ayrılmasıdır ki, bu yöndə əməlli-başlı çətinlik yaranıb.

Zədəli Vurğun Hüseynov karyerasını başa vurmağı qərara alsa da, daha 3-4 futbolçu var ki, Azər bəy onları “Kəpəz”də görmək istəmir. Məqsədi bir neçə ayın maaşını ödəmək şərti ilə onların yola salınmasına nail olmaqdır.

Lakin həmin oyunçular klubun təklif etdiyi şərtlə ayrılmaq istəmir. İlin-günün bu vaxtında yeni iş yerinin tapılmasının mümkünsüzlüyünü səbəb göstərirlər.

İstənilən halda danışıqlar davam edir. Baş məşqçi “Kəpəz”i oyun üslubuna uyğun və tələblərinə cavab verən futbolçulardan qurmaq niyyətindədir.

Gəncə təmsilçisi Premyer Liqanın 6-cı turunda “Araz-Naxçıvan”ın qonağı olacaq. Sentyabrın 13-də “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…