COP29

SON DƏQİQƏ: “Kəpəz”də hər kəsi ŞOKA SALAN ayrılıq

7 Sentyabr 23:00 Kəpəz 4 442
SON DƏQİQƏ: “Kəpəz”də hər kəsi ŞOKA SALAN ayrılıq

“Kəpəz”də gözlənilməz ayrılıq yaşanıb.

Kollektivin ağsaqqalı, əsas kapitanı, baş məşqçilərin “sağ əli” hesab olunan Vurğun Hüseynov getmək qərarını verib.

Qərarın yeni baş məşqçi Azər Bağırovla əlaqəsi yoxdur. Vurğun bir müddət öncə aldığı ağır zədə üzündən cari mövsümdə komandaya heç cür kömək etməyəcəyini biləndən sonra karyerasını bitirməyi qətiləşdirib.

Ehtiyat oyunçular skamyasında oturub kiminsə yerini tutmaqdansa, “Kəpəz”dən ayrılmağı məqsədəuyğun sayıb. O, bununla bağlı məşqçilər heyətinə və klub rəhbərliyinə məlumat verib.

Qarşıdakı oyunların birində 36 yaşlı futbolçu futbolla rəsmən vidalaşacaq. Ardınca məşqçilik fəaliyyətinə başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti