COP29

SƏMİMİ ETİRAF! "Görünür, özümü yetərincə yaxşı göstərə bilməmişəm"

13 Sentyabr 20:00 Kəpəz 745
SƏMİMİ ETİRAF! "Görünür, özümü yetərincə yaxşı göstərə bilməmişəm"

"Kəpəz"in yeni transferi Rauf Hüseynli Sportinfo.az-a müsahibə verib.

- "Kəpəz"ə keçidini necə şərh edərdin?

- İlk öncə onu deyim ki, burada olduğum üçün xoşbəxtəm. "Kəpəz" tarixi və azarkeşləri ilə seçilən klubdur.

- "Kəpəz"ə kömək etməyə özünü hazır hiss edirsən?

- Mənə verilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Komanda mövsümə uğursuz başlayıb - 5 oyun, 5 məğlubiyyət. Bu durumdan çıxmaq mümkün olacaq? Nəyə ümid edirsiniz?

- İnşallah, bu vəziyyətdən çıxmaq üçün maksimum səy göstərəcəyik. Çempionat uzun marafondur. Mövsüm hələ yeni başlayıb. Komanda şəklində hər oyunda mübarizə aparıb vəziyyəti yaxşı istiqamətə düzəltməyə çalışacağıq.

- Ötən mövsüm "Qəbələ"nin heyətində 35 oyun keçirdin. Amma yerli futbolçu azlığına rəğmən yay fasiləsini klubsuz qaldın. Səncə, niyə belə durumla üzləşdin?

- Belə görünür ki, özümü yetərincə yaxşı göstərə bilməmişəm. Üzərimdə daha çox çalışıb, daha yaxşı oyun göstərib və komandama kömək etməyə çalışacam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə