COP29

Bu VİDEO səs-küy doğurdu: “Onda düz deyib də, ölümlə təhdid olunub” -

6 Sentyabr 16:40 Kəpəz 595
Bu VİDEO səs-küy doğurdu: “Onda düz deyib də, ölümlə təhdid olunub” -

«Yenə başladız? İndi nə istəyirsiz?».

Bu xitab tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayev efirdə qalmaqallı hadisədən söz açıb.

Saytımızın yaydığı xəbərə əsaslanan moderator bildirib ki, «Kəpəz»in yeni baş məşqçisi Azər Bağırov hələ işə start verməmiş ciddi problemlə üzləşib.

Gəncə təmsilçisi ilə 2 illik müqaviləyə imzalayan mütəxəssis artıq təhdidə məruz qalıb.

Müxtəlif şəxslər mobil telefon nömrəsinə zəng vuraraq, klubdan çıxıb getməsini tələb ediblər.

Bildiriblər ki, «Kəpəz»lə münasibətlərinə son qoymasa, onu yaxşı heç nə gözləmir. Xəbərdarlıq eləyiblər ki, tezliklə əleyhinə kampaniya başlayacaq.

Eyni tipli mesajlar Bağırovun işlətdiyi sosial şəbəkə hesablarına da göndərilib.

«Feysbuk» və «instagram» profillərinə «hücum çəkənlər» «Pro» kateqoriyalı çalışdırıcıya tənqidlər, hətta təhqirlər yağdırıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti