COP29

İki vətəndaşlığı olan legioner Azərbaycanda 1 illik müqaviləyə imza atdı - YENİ

5 Sentyabr 2024 10:40 Kəpəz 2 616
İki vətəndaşlığı olan legioner Azərbaycanda 1 illik müqaviləyə imza atdı - YENİ

“Kəpəz“ bu gün nöbvəti transferini həyata keçirib.

Gəncə təmsilçisi “Səbail”in sabiq legioneri Valdemar Almeydanı yenidən Azərbaycana qaytarıb.

Ötən mövsümü burada keçirmiş anqolalı yarımmüdafiəçini qarşıdakı ildə də Premyer Liqada izləyəcəyik.

Portuqaliya vətəndaşlığı da olan orta sahə oyunçusu bu dəfə “Kəpəz“lə 1 illik anlaşıb.

Daha çox “Pana“ ləqəbiylə tanınan əcnəbi Anqola millisində 3 matç keçirib. “Pana“nın “Səbail“lə müqayisədə “Kəpəz“dən daha az maaş alacağı bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı