COP29

"Kəpəz"dən millimizin sabiq forvardı üçün NÖVBƏTİ CƏHD

5 Sentyabr 17:00 Kəpəz 1 706
"Kəpəz"dən millimizin sabiq forvardı üçün NÖVBƏTİ CƏHD

"Kəpəz" Amil Yunanovla danışıqları yenidən bərpa edib.

Adil Şükürovun dönəmində forvardın klubda qalması üçün edilən iki cəhd uğursuz olmuşdu.

Səbəb maliyyə şərtlərində razılığın əldə edilməməsi idi.

Bu dəfə Azər Bağırov Yunanovun komandaya qaytarılması təşəbbüsü ilə çıxış edib.

Təcrübəli hücumçunun xidmətində Birinci Liqanın bir neçə klubu maraqlıdır.

Milli komandamızın üzvü Gəncə təmsilçisi ilə danışıqların sonunda karyerası ilə bağlı yekun qərarını verəcək.

31 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirib.

O, burada meydana çıxdığı 15 matçda 3 qol, 2 asistlə yadda qalıb.

Milli komandamızın sabiq üzvü "Kəpəz"dən başaqa "Səbail", "Sumqayıt", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var