COP29

Azərbaycan millisinin üzvü "Kəpəz"in təklifindən İMTİNA ETDİ

3 Sentyabr 10:40 Kəpəz 2 164
Azərbaycan millisinin üzvü "Kəpəz"in təklifindən İMTİNA ETDİ

Bolqarıstan təmsilçisi "Arda"dan ayrılmaq qərarı verən Cəlal Hüseynovun "Kəpəz"ə keçidi baş tutmayıb.

21 yaşlı mərkəz müdafiəçisinin Qərb təmsilçisinə icarəyə veriləcəyi gözlənilirdi.

Bəli, tərəflər arasında danışıqlar olub.

İlkin razılıq da əldə edilib.

Amma son anda gənc futbolçu "Kəpəz"ə getməkdən imtina edib.

Əsas səbəb isə bölgə klubunun büdcəsi ilə bərabər, hədəflərinin də aşağı olmasıdır.

Cəlal "Zirə"nin yetirməsidir. O, "Zirə"dən başqa ölkəmizdə "Şamaxı"nın da formasını geyinib.

2023-cü ilin yayından Bolqarıstanda legioner həyatı yaşayır.

Azərbaycan millisinin üzvü "Arda" formasında keçirdiyi 41 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti