COP29

Gəlməyib kabab iyinə… İmicin əldən getməməsi üçün SON ŞANS

2 Sentyabr 23:40 Kəpəz 705
Gəlməyib kabab iyinə… İmicin əldən getməməsi üçün SON ŞANS

«Kəpəz»in futbolçuları sanki himə bənd imiş.

Adil Şükürov ayağını klubun qapısından o tərəfə qoyan kimi onların ayaqları açıldı.

Dörd həftə «qol orucu» tutmuşdular, onu da «Sabah» önündə «pozdular». Yeddi dəqiqəyə iki qol vurub dayandılar.

Qalan 73 dəqiqə ərzində növbəti dəfə fərqlənməyə çox cəhd etmədilər, çün fiziki və taktiki cəhətdən çatdırmadılar.

«Kəpəz»də ruh düşkünlüyü əmələ gəlib. Adil Şükürov yararsız legionerlər transfer edib deyə, komandanın nə başı bilinir, nə ayağı.

Düzdür, artıq baş məşqçi dəyişib, amma Şükürovun «izlər»ini silib təmizləmək heç də asan gəlməsin Azər Bağırova.

Onu burada çox, həm də lap çox iş gözləyir. A

llah ona səbr versin, yarıyanlardan olsun! Dualarını əskik eləməsin, arada bəxt də üzünə gülsün. Yoxsa yazıqdır, bu fərsizlərin içində başını itirə bilər.

Hələ nə yaşı var ki, yaşamaq haqqıdır.

Yadıma gəlir, o vaxt Adil Şükürov «Zirə»dən göndəriləndə Ayxan Abbasov nə zillət çəkdi. Bir neçə aya bir neçə il qocaldı.

Binəvanı tanımaq olmurdu, fikirdən yumağa dönmüşdü. Birtəhər vəziyyəti düzəltdi sonradan, «Zirə»ni ağ günə çıxardı.

Onda da ona rəhbərlik kömək eləmişdi. İndi gərək «Kəpəz»in böyükləri də Azər Bağırovun yanında olsun.

Sözlə, vədlə yox, əməli surətdə.

Nəsə, mənə elə gəlir ki, İlqar Nadiri yenə sinəsini verəcək qabağa, lazımı tədbirləri alacaq. Klubun və özünün imicinin qorunması naminə.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti