COP29

ŞOK GEDİŞAT! - “Transferlərə 800 min ayrılıb, əlavə vəsait yoxdur”

31 Avqust 23:40 Kəpəz 1 729
ŞOK GEDİŞAT! - “Transferlərə 800 min ayrılıb, əlavə vəsait yoxdur”

“Kəpəz”in rəsmi səhifələrində Adil Şükürovun istefası qeyri-qənaətbəxş nəticələrlə əlaqələndirilib.

Guya baş məşqçi ardıcıl 4 məğlubiyyətə görə komandadan göndərilib.

Məsələnin kökü başqadır.

Deməli, “Səbail”ə 0:4 hesablı yenilgidən sonrakı mətbuat konfransında Adil Şükürovun yeni futbolçuların alınmasının vacibliyi ilə bağlı dedikləri klub rəhbərliyinin xoşuna gəlməyib.

3 gün sonra Şükürovla başbilənlər arasında baş tutan görüş zamanı baş məşqçi bu heyətlə yaxşı mənada nəsə etməyin mümkünsüz olduğunu deyib və yenə yeni transferlərdən söz açıb.

Çünki mövsümlərarası fasilə dönəmində cəlb olunan yeni transferlər pislərin arasından ən yaxşını seçməyin nəticəsində gerçəkləşib. Əslində, Şükürovun sərəncamında görmək istədiyi futbolçular başqaları olub.

Rəhbər İlqar Nadiri bildirib ki, baş məşqçinin kənardan təklif olunan futbolçulara baxmaq kimi şansı yoxdur. Nadiri yalnız və yalnız illərdir əməkdaşlıq etdiyi bir azərbaycanlı menecerin təklif etdiyi namizədlər arasında seçim etməyin vacibliyini vurğulayıb.Bundan sonra sular bulanmağa başlayıb.

Həmin agent və klubdakı söz sahibi baş məşqçini yeni gələnlərin komandaya güc qatacağına inandırmağa çalışıblar. Çıxılmaz vəziyyətdə qalan çalışdırıcı “nə olar, olar” prinsipi ilə işinə davam edib.

Əlqərəz, sıralanan uğursuz nəticələrdən sonra Şükürov bu heyətlə uzağa getməyin mümkünsüz olduğunu Nadirinin diqqətinə çatdırıb, qarşılığında gözləmədiyi cavabı alıb: “Transferlərə 800 min ayrılıb, əlavə vəsait yoxdur”.

Məhz bu cavabdan sonra Adil Şükürov “Kəpəz”də qalmaq istəmədiyini deyərək qapını arxadan bağlayıb.

Dövlətin ayırdığı 3 milyon manatın cəmi 800 min manatının transferlərə ayrılması, yerdə qalan maliyyənin hara və nə cür xərclənməsi isə başqa söhbətin mövzusudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti