COP29

Azərbaycana gəldi, Zubiri tapdı

29 Avqust 23:00 Kəpəz 8 032
Azərbaycana gəldi, Zubiri tapdı

“Kəpəz”in yeni transferi Kərim Lkoça Azərbaycanda “məhəllə uşağı”nı tapıb.

Həmin şəxs də kim olsa yaxşıdır?

Abdullah Zubir.

Aralarında yaş fərqi var deyə, Kərimin Abdullah ilə sıx münasibəti olmayıb. Azərbaycana gələnə qədər ümumiyyətlə, onunla əlaqə qurmayıb.

“Kəpəz”lə anlaşandan sonra Mərakeşdən olanların siyahısına baxıb və Zubirlə eyni şəhərdən olmasının fərqinə varıb.

Lkoça Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:

“Əsasən Gəncədə yaşayıram. Bakıya oyundan-oyuna gəldiyim üçün digər komandalardakı legionerlərlə görüşmək imkanım çox olmur.

Bu ölkədə, bu tarixi klubda olmaqdan çox-çox məmnunam. Yaxından tanıdığım həmyerlim Abdulla Zubirdir.

Mən onu Mərakeşdən tanıyıram, çünki ikimiz də eyni şəhərdənik.

Tez-tez görüşə bilməsək də, arada danışırıq. Əvvəl ümumiyyətlə, münasibətimiz olmayıb”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi