COP29

Bir zəng bəs edir ki, “hə” desin…

29 Avqust 18:00 Kəpəz 576
Bir zəng bəs edir ki, “hə” desin…

“Kəpəz”də Adil Şükürov dönəmi də başa çatdı.

Ötən mövsümün gedişində Azər Məmmədovu əvəzləyən təcrübəli mütəxəssislə yolların ayrılması rəsmi təsdiqini tapdı.

İndiki məqamda sual doğuran əsas məsələ komandanı “Sabah”la oyuna kimin çıxaracağı və baş məşqçi postuna kimin gətiriləcəyidir.

Sportinfo.az xəbər verir ki, klubda əsas söz sahibi İlqar Nadiri axtarış üçün Gəncədən kənara çıxmaq niyyətində deyil. Burada ən sərfəli namizəd isə Etibar İbrahimovdur. Rəhbərin ağlından keçirdiyi ilk adam bu şəxsdir.

Vaxtilə komandada baş məşqçi postunu tutan, ötən mövsüm Azər Məmmədovun məşqçilər korpusunda yer alan İbrahimovun gözləri onsuz da yoldadır. Bir zəng bəs edir ki, “hə” desin.

Maliyyə baxımından da problem olmayacaq. Nadiri İbrahimova hansı məbləği təklif etsə, sevə-sevə razılaşacaq. Təki baş qatmağa iş olsun.

Gözləyək...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi