COP29

Baş məşqçi postuna 2 real namizəd – SON DƏQİQƏ

29 Avqust 15:00 Kəpəz 4 957
Baş məşqçi postuna 2 real namizəd – SON DƏQİQƏ

Adil Şükürovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən «Kəpəz»in yeni baş məşqçisinin kimliyi yaxın günlərdə açıqlanacaq.

Əldə etdiyimiz məlumata görə, rəhbərlik artıq namizədlərin siyahısını müəyyənləşdirib.

Bəribaşdan deyək ki, siyahı o qədər də geniş deyil, 3-4 nəfərdən ibarətdir.

Hazırda iki real variant var.

AFFA Fernandu Santuşun millidə görmək istəmədiyi Arif Əsədovu Gəncəyə göndərmək üçün hərəkətə keçib. federasiyanın bəzi üst mənsubları adıçəkilən mütəxəssisi «Kəpəz»ə təklif edib.

Digər alternativ Azər Bağırovdur. Martda «Araz-Naxçıvan»dan ayrılan çalışdırıcı Gəncədə işləməyə daha yaxın görünür.

Hər halda uzun illərdir Premyer Liqadan uzaq düşən Əsədovdan fərqli olaraq, o, indi çempionatı daha yaxşı tanıyır.

Muxtar Respublika təmsilçisinə Region Liqasında uğur qazandıran, I Liqanın çempionluğunu əldə edən məşqçi Premyer Liqada keçirdiyi ilk ildə də adından söz etdirməyi bacarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi