COP29

Premyer Liqa klubu bu ayrılığı necə razılaşdırdı? – Şərti öyrəndik

29 Avqust 14:00 Kəpəz 1 327
Premyer Liqa klubu bu ayrılığı necə razılaşdırdı? – Şərti öyrəndik

“Kəpəz” baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

Klubun mətbuat xidməti saytımızın yaydığı xəbəri az öncə rəsmi surətdə təsdiqləyib.

Bildirilib ki, Şükürov öz istəyi ilə postunu tərk edib.

Gəncə təmsilçisi cari mövsümə uğursuz başlayıb. «Sarı-göylər» ilk dörd həftədə məğlubiyyətlə üzləşib.

Sırasıyla «Sumqayıt», «Turan Tovuz», «Qarabağ» və «Səbail»ə yenilən «Kəpəz» qapısından 12 top buraxdığı halda, hələ qol hesabını aça bilməyib.

Turnir cədvəlində sonuncu yerdə qərarlaşan komanda hazırda Premyer Liqanı tərk etməyə ən real namizəd sayılır.

2023-cü ilin noyabrından bölgə təmsilçisində çalışan Adil Şükürovla yanaşı, onun köməkçiləri də iş yerini tərk edib.

Hər halda bizdə olan son məlumat yalnız bundan ibarət deyil.

Adıçəkilən mütəxəssis 2025-ci ilin yayına qədər qüvvədə olan müqaviləyə görə kompensasiya alacaq. Ona 2 aylıq əməkhaqqı həcmində təzminat ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi